Cenevrədə “sülh planı” üzrə ABŞ-Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb

Baş səhifə
Cenevrədə sülh planı üzrə ABŞ-Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb

Cenevrədə Amerika administrasiyasının Kiyevə təhvil verdiyi “sülh planı” üzrə ABŞ-Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb. Müzakirələrdə irəliləyişin əldə edildiyi bildirilir.

Bu barədə “Report” “Sky News” və “Reuters”ə istinadən xəbər verir.

Danışıqların iki yerdə keçirilməsi planlaşdırılırdı: “InterContinental” otelində (ilkin müzakirələr) və ABŞ-nin İsveçrədəki missiyasının binasında (rəsmi müzakirələr). Nümayəndə heyətləri hazırda qapalı qapılar arxasında görüşürlər.

“Reuters” agentliyinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ilkin danışıqlar məhsuldar və hətta inandırıcı olub. Rəsmi həmçinin bildirib ki, onlar bəzi sahələrdə razılaşmalarla başa çatıb.