UEFA “Ayntraxt”ı cərimələdi

Baş səhifə

Bakı. Trend:

UEFA “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki
rəqiblərindən “Ayntraxt”ı (Frankfurt, Almaniya) cərimələnib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun saytı məlumat
yayıb.

Almaniya təmsilçisinin cəzalandırılmasına səbəb klubun və
azarkeşlərinin “Liverpul”la matçda qayda pozuntularına yol verməsi
olub.




“Ayntraxt” ictimai keçidlərin bağlanmasına görə 11000 avro
ödəyəcək. Həmçinin klub irotexniki vasitələrdən istifadəyə görə
10750 avro, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə
görə 17500 avro cərimələnib.

Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt” arasında matç 21 yanvar
2026-cı ildə Bakıda keçiriləcək.