Nəsimi rayonunda pul, bank kartı və akkumulyator oğurlayanlar saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər günorta saatlarında şəhər
sakininin mağazalardan birində alış-veriş edən zaman çantasından
içərisində 600 manat olan pul kisəsini, digər zərərçəkmişin isə
restoranların birində masanın üzərinə qoyduğu əl çantasından 600
manat nağd pul, bank kartları və şəxsi əşyalarını oğurlayıblar. Bu
barədə polis orqanına müraciətlər daxil olub.




Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət
əməllərini törətməkdə şübhəli bilinən A.Yaqubova və N.Məmmədova
saxlanılıblar.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə avtomobildən
akkumulyator oğurlamaqda şübhəli bilinən E.Həsənov da müəyyən
olunaraq saxlanılıb.

Hər üç fakt üzrə araşdırmalar aparılır.