Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Baş səhifə

Bakı.Trend:

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci
il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna
məlumat daxil olub.

Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər
yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.




Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində
tutulub.

İbtidai istintaq davam etdirilir.