
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliyində “Dubai Air Show” aviaşousunda
Hindistana hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi qəzaya
uğrayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“HAL Tejas” qırıcısı yerli vaxtla saat 14:10-da nümayiş
xarakterli uçuş zamanı tamaşaçıların gözü qarşısında yerə
çırpılaraq partlayıb.
Pilotun vəziyyəti barədə məlumat verilməyib.

