Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.
“Report” xəbər verir ki, şpaqa növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının yarımfinalında Özbəkistana 38:39 hesabı ilə uduzaraq bürünc mükafatla kifayətlənib.
Qeyd edək ki, İslamiada sabah başa çatacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

