
Bakı.Trend:
Göyçay rayonunda yerləşən evlərin birindən oğurluq edilib.
Naməlum şəxs mənzildə olan 7 min manatdan artıq pul vəsaitini
talayaraq ələ keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,
Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat
zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş
29 yaşlı Elşən Fərzəliyev saxlanılıb.
Araşdırmalarla E.Fərzəliyevin rayon ərazində yerləşən daha iki
evdən də oğurluq etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə
təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


