
Polşa kritik infrastrukturun qorunmasına 10 000 hərbçi cəlb edəcək.
APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamısz deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Polşadan Ukraynaya uzanan dəmir yolunda partlayış baş verib. Rəsmi Varşava hadisəni terror adlandırıb və partlayışın arxasında Rusiya kəşfiyyatı olduğunu iddia edib.


