İslamiada: Azərbaycanın 3×3 basketbol millisi finala yüksəlib

Baş səhifə
İslamiada: Azərbaycanın 3x3 basketbol millisi finala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“Report” xəbər verir ki, yığma yarımfinalda Misir seçməsinə 22:15 hesabı ilə qalib gələrək həlledici raunda adlayıb.

Qeyd edək ki, Azərbaycanın bu gün keçiriləcək final görüşündəki rəqibi İran – Türkiyə cütünün qalibi olacaq.