Zabrat yolunda avtobus zolağı təşkil edilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi
istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları
şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir. Hazırda
xüsusi hərəkət zolağının təşkili Şəhər şosesində (Zabrat yolu)
həyata keçirilir.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət
zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücünün
başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq
mövcud deyildi. Bu da ictimai nəqliyyat vasitələrinin sıxlıq
halları ilə üzləşməsinə səbəb olurdu.




Şəhər şosesində zolağın yaradılması ilə gün ərzində 17 müntəzəm
marşrut xətti üzrə 160-dan çox avtobus rahat hərəkət edəcək.

AYNA ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və
əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan
zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını
qaydalara riayət etməyə çağırıb.