
Dünya bazarlarında neft qiymətləri aşağı düşüb.
“Report”un məlumatına görə, bunu ticarət məlumatları sübut edir.
Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti bir barel üçün 64,74 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışından 0,15 ABŞ dolları (0,23 %) azdır.
Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin dekabr fyuçersləri qiyməti 0,11 ABŞ dolları (0,18 %) azalaraq bir barel üçün 60,63 ABŞ dolları təşkil edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


