Gürcüstan və Azərbaycan təyyarə faciəsinin ilk anından Türkiyəyə dəstək göstərdilər – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Gürcüstan və Azərbaycan faciənin ilk anından etibarən
axtarış-xilasetmə əməliyyatlarında Türkiyə ilə sıx əməkdaşlıq
göstərib.

Trend xəbər
verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan brifinqdə
bildirib.

“Qardaş ölkələr başda olmaqla dünyanın dörd bir yanından
həmrəylik və başsağlığı mesajları aldıq. Şəhidlərimizin nəşinə və
təyyarənin “qara qutusu”na qısa müddətdə çatdıq. Nazirlik
nümayəndələrinin, millət vəkillərinin və vətəndaşların iştirakı ilə
şəhidlərimizi son mənzilə yola saldıq.Qəhrəman hərbçilərimizə
Allahdan rəhmət diləyirəm,” – deyə o bildirib.




Türkiyə Prezidenti hadisənin səbəbi ilə bağlı istintaqın davam
etdiyini vurğulayıb:

“20 vətəndaşımızı şəhid verdiyimiz bu ağır hadisənin niyə baş
verdiyini daha aydın şəkildə görəcəyik və nəticələri ictimaiyyətlə
paylaşacağıq. Kədərimizi bölüşən bütün dost və qardaş ölkələrə
təşəkkür edirəm.”