
Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb
olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə
həftəlik (01.11.2025-16.11.2025) məlumat açıqlanıb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa,
Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və
Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş
Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində
265 piyada əleyhinə mina, 127 tank əleyhinə mina, 3207 Partlamamış
Hərbi Sursat (PHS) aşkarlanıb.
Vurğulanıb ki, 2894.7 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.


