ABŞ dövlət katibinin müavini Ermənistanda “Tramp marşrutunu” müzakirə edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin dövlət katibinin müavini Elison Huker Ermənistanda rəsmi
səfərdədir.

Trend erməni KİV-ə
istinadən xəbər verir ki, o keçirəcəyi görüşlərdə Ermənistan
rəhbərliyi ilə “Tramp marşrutunu” və Ermənistan-Türkiyə
münasibətlərini müzakirə edəcək.




Məlumata görə, İrəvanda amerikalı diplomatı Ermənistan baş
naziri Nikol Paşinyan, XİN rəhbəri Ararat Mirzoyan, Təhlükəsizlik
Şurasının katibi Armen Qriqoryan və Türkiyə ilə danışıqlar
prosesindəki xüsusi nümayəndə Ruben Rubinyan qəbul edəcək.