Azərbaycan idmançısı Deflimpiya Oyunlarında qızıl medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Yaponiyada keçirilən “XXV Yay Deflimpiya Oyunları”nda iştirak
edən Azərbaycan idman tarixində ilk dəfə olaraq medal qazanıb.

Trend-in
məlumatına görə, Ölkəmizə ilk medalı cüdo yarışlarında -60 kq çəki
dərəcəsində mübarizə aparan idmançımız Coşqun Əliyev
qazandırıb.

Cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan
deflimpiyaçımız əvvəlcə 1/8 finalda Cənubi Koreyalı Choı Junho, 1/4
finalda xorvatiyalı Tonzetic Josipi, yarımfinalda isə Niderlandan
olan Westerhof Albert Gerhardua Hendrikə qalib gələrək finala
yüksəlib.




Həlledici mərhələdə cüdoçumuzun rəqibi braziyalı Dantas Pedroya
məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya
Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb.

Mükafatlandırma mərasimində idmançımıza medal Beynəlxalq Eşitmə
Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka
Osugi tərəfindən təqdim edilib.

Bununla da Coşqun Əliyev “Tokio-2025” Yay Deflimpiya Oyunlarında
komandamıza ilk medal qazandıran idmançısı olub.