Bakı. Trend:
Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya
çempionatının (DÇ-2026) seçmə mərhələsində bu gün sonuncu oyununu
keçirəcək.
Trend-in məlumatına görə, D qrupunda mübarizə aparan komanda
Bakıda Fransa yığması ilə qarşılaşacaq. Tofiq Bəhramov adına
Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da
başlayacaq. Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə
edəcək.
Qeyd edək ki, 13 xalı olan Fransa millisi DÇ-2026-nın final
mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 1 xalla
4-cü pillədə qərarlaşıb.

