
Bakı. Trend:
Noyabrın 16-dan 2025-2026-cı tədris ili üzrə ümumi təhsil
müəssisələrində payız tətili başlayacaq.
Trend xəbər
verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilir ki, tətil 16-20 noyabr tarixlərini əhatə edəcək.
Tətildən sonra ilk dərs günü isə 21 noyabrda olacaq. 15–16
noyabr tarixləri həftəsonuna düşdüyünə görə, beş günlük iş həftəsi
ilə çalışan ümumi təhsil müəssisələrində 6 gün, altı günlük iş
həftəsi ilə çalışan ümumi təhsil müəssisələrində isə 5 gün ardıcıl
dərs olmayacaq.
Qeyd edək ki, tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq
qruplarına da şamil ediləcək.

