
İndoneziya Qəzzaha ezam etmək üçün 20 000 əsgər hazırlayıb.
APA xəbər verir ki, bu barədə İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin jurnalistlərə mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Qəzzaya ezam olunacaq qüvvələr tikinti və səhiyyə məsələlərində fəaliyyət göstərəcəklər.
Nazir bildirib ki, İndoneziyaya səfər edən İordaniya kralı ilə bu barədə ətraflı müzakirə aparılacaq.
Qeyd edək ki, BMT Təhülkəsizlik Şurasının mandat verəcəyi təqdirdə, İndoneziya Qəzzaya hərbi qüvvə göndərməyə hazır olduğunu bəyan edib.
İndoneziyadan başqa, Azərbaycan, Qətər və Misirin də Qəzzaya hərbi kontingent göndərməsi müzakirə olunur.


