Bakı. Trend:
Almaniya millisinin aparıcı üzvlərindən olan Coşua Kimmix
zədələnib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi məşq zamanı
topuq oynağından xəsarət alıb.
“Bavariya”nın futbolçusu bu səbəbdən DÇ-2026-nın seçmə
mərhələsində Lüksemburq yığmasına qarşı keçiriləcək matçda iştirak
edə bilməyəcək.
Qeyd edək ki, Lüksemburq – Almaniya matçı bu gün keçiriləcək və
Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

