Əhalinin əczaçılıq məhsullarına çəkdiyi xərc 24%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 1,285 milyard manatlıq əczaçılıq
məhsulları və tibbi ləvazimatlar satılıb.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 24,2% çoxdur.




Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət
dövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə
ticarət şəbəkəsində istehlakçılara 52,616 milyard manatlıq, o
cümlədən 28,664 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 23,951 miolyard manatlıq qeyri-ərzaq malları
satılıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq
məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq
malları üzrə 6,7 faiz artıb.