Avropa Parlamenti polşalı siyasətçini toxunulmazlıqdan məhrum edib

Baş səhifə

Bakı. Trend:

Avropa Parlamenti növbəti dəfə Polşanın qatı-sağçı siyasətçisi
Qjeqoj Braunı toxunulmazlıqdan məhrum edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, səsvermənin nəticələrinə əsasən, Braunı
toxunulmazlıqdan məhrum etməyin lehinə 554 parlamentari səs verib,
60 deputat əleyhinə olub, 20 nəfər isə bitərəf qalıb.

Xatırladaq ki, toxunulmazlıqdan məhrum edilən siyasətçi 2025-ci
ilin aprelində Oleşnitsa şəhərində cərrah-həkimlə bağlı “vətəndaş
həbsi” həyata keçirməyə cəhd etmişdi.