Azərbaycanın icmal büdcəsi 8 milyard manatı ötüb

Baş səhifə

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 40 milyard 960,7 milyon manat, xərcləri isə 32 milyard 691,7 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Gəlirlər proqnozdan 10,7 % çox icra edilib, xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % artıb.

Son nəticədə 10 ayda icmal büdcədə 8 milyard 269 milyon manat profisit yaranıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.