
Bakı. Trend:
Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının
müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi
şəkildə həyatını itirib.
Bu barədə Trend-ə
jurnalistin yaxınları məlumat verib.
Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq
nümayəndələrindən biri olub. Onun “Euronews” üçün hazırladığı
reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində
çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona
böyük nüfuz qazandırıb.
Redaksiyamız, baş verən hadisə ilə əlaqədar Emin İbrahimovun
ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah
rəhmət eləsin!


