2028-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının final matçının keçiriləcəyi stadion müəyyənləşib.
“Report” İngiltərə Futbol Assosasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, həlledici görüş iyulun 9-da, Londondakı “Uembli” stadionunda baş tutacaq.
“Uembli” həm də yarımfinalın hər iki oyununa ev sahibliyi edəcək. İyunun 9-na planlaşdırılan açılış matçı isə Kardiffdəki stadionda keçiriləcək.
Qeyd edək ki, 5 ölkənin – İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiyanın ev sahibi olacağı turnirdə 24 komanda mübarizə aparacaq.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

