SOCAR-ın likvidliyi idarəoluna bilən səviyyədə qalacaq – “S&P”

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) likvidliyi əməliyyat
gəlirləri ilə birlikdə şirkətin qısamüddətli öhdəliklərini tam
şəkildə ödəməyə imkan verən əhəmiyyətli pul ehtiyatları sayəsində
idarəoluna bilən səviyyədə qalacaq.

Trend xəbər verir
ki, bu barədə “S&P” beynəlxalq reytinq agentliyinin hesabatında
qeyd olunur.

Qeyd edildiyi kimi, dövlətin dəstəyi həm cari, həm də fövqəladə
hallarda etibarlı olaraq qalacaq.




“Bu, həmçinin şirkətimizin kapital qoyuluşu layihələrində və
əsas əməliyyat fəaliyyətində ciddi gecikmələr, büdcə artıqları və
ya əməliyyat problemləri olmayacağına dair gözləntilərimizi, eləcə
də SOCAR-ın dövlətlə əlaqələrinin çox güclü qalacağını əks
etdirir”,- deyə reytinq agentliyi bildirib.

Əsas ssenariyə görə, “S&P” 2025–2027-ci illərdə tənzimlənmiş
FFO-nun (əməliyyatlardan əldə olunan pul vəsaiti) borca nisbətini
12–15% səviyyəsində, nağd vəsaitləri nəzərə alaraq isə 20%-dən bir
qədər yuxarı səviyyədə proqnozlaşdırır. Eyni zamanda, təqribən ildə
3 milyard manat həcmində nisbətən böyük investisiyaların həyata
keçiriləcəyi, təxminən 1 milyard manatlıq müsbət sərbəst əməliyyat
pul axınının (FOCF) formalaşacağı gözlənilir.