2026-cı ilin dövlət büdcəsində Azərbaycan kinosu üçün heç bir vəsait ayrılmayıb – Polad Bülbüloğlu

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsində Azərbaycan kinosu üçün heç bir
vəsait ayrılmayıb. Mən bunun səbəbini bilmirəm. Yəqin ki, Maliyyə
Nazirliyinin nümayəndələri bunu izah edərlər.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad
Bülbüloğlu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və
dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun
layihəsinin müzakirəsi zamanı deyib.




“Azərbaycanın zəngin kino irsi var — “Arşın mal alan”dan “Babək”ə qədər bir çox film dünya miqyasında tanınıb və ölkəmizi
təmsil edib. Bu kontekstdə kinoya maliyyə vəsaiti ayrılmaması ciddi
təhlükə yaradır. Kino sahəsi xüsusi bilik və mütəxəssislər tələb
edir. Əgər bu sahəyə dəstək olmasa, mütəxəssislər başqa sahələrə və
ölkələrə yönələcək, nəticədə gələcəkdə milli kinomuzun inkişafı
mümkünsüz ola bilər. Bu məsələni qaldırmaq çox vacibdir, çünki
mədəniyyətin qorunması üçün davamlı dəstək lazımdır”, – deyə o
vurğulayıb.