
“Ekolizinq” MMC nizamnamə kapitalını 9 min manat və yaxud 10 dəfə azaldaraq 10 000 manatdan 1 000 manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 31 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Ekolizinq” 2014-cü ilə yaradılıb. Şirkətin təsisçisi Elnur Rəsulovdur.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


