Bakı. Trend:
İtaliyanın “Atalanta” futbol klubu baş məşqçi İvan Yuriçlə
yollarını ayırdığını elan edib.
Trend-in
məlumatına görə, komandadan həmçinin Matteo Paro, Migel Veloso,
Paolo Barbero, Stjepan Ostojiç və Mikele Orecchio da
ayrılıblar.
Yuriç 2025-ci ilin yayında Can Pyero Qasperini “Roma”ya
keçdikdən sonra “Atalanta”nın baş məşqçisi vəzifəsini icra etməyə
başlamışdı.
Komanda A Seriyasında son səkkiz matçda cəmi altı xal toplayıb.
“Atalanta” “Udineze”yə (0:1) və “Sassuolo”ya (0:3) məğlub olub,
digər altı oyunda isə heç-heçə nəticəsi qeydə alınıb.

