Tramp Suriya prezidenti ilə Yaxın Şərq sülhünü müzakirə edib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampla Suriyanın keçid dövrü prezidenti
Əhməd əl-Şara arasında keçirilən görüşdə əsas müzakirə mövzusu
Yaxın Şərqdə sülhün bərqərar olması olub.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti “Truth
Social” sosial şəbəkəsində yazıb.

“Suriyanın yeni prezidenti Əhməd Hüseyn əl-Şara ilə vaxt
keçirmək mənim üçün şərəf olub. Onun əsas tərəfdarı olduğu Yaxın
Şərqdə sülhün bərqərar olmasının bütün incəliklərini müzakirə
etdik”, – deyə D.Tramp bildirib.




ABŞ prezidenti suriyalı həmkarı ilə daha bir görüşü
səbirsizliklə gözlədiyini bildirib.

“Hər kəs Yaxın Şərqdə baş verən böyük möcüzədən danışır. Sabit
və uğurlu Suriya regiondakı bütün ölkələr üçün çox vacibdir”, –
deyə o bildirib.

Qeyd edək ki, ABŞ və Suriya prezidentləri arasında görüş 10
noyabr Bazar ertəsi günü Ağ Evdə baş tutub.