Danimarkada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

Baş səhifə

Bakı. Trend:

Danimarkanın Rəqəmsal İşlər Nazirliyi hökumət və parlament
partiyaları ilə razılaşaraq 15 yaşdan kiçik uşaqların sosial media
platformalarına girişini qadağan etməyi planlaşdırır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Nazirlik bildirib ki, bu addımla uşaqların rəqəmsal dünyanın
mənfi təsirlərindən qorunması və valideynlərin 13 yaşdan başlayaraq
övladlarının sosial media istifadəçisi olmaları üçün razılıq vermə
imkanının olması hədəflənir.