“Sumqayıt”ın legionerləri milli komandalara dəvət alıblar

Baş səhifə

Bakı. Trend:

“Sumqayıt”ın futbolçuları Ronaldo Vaskez və Abdul Raşid Mumini
milli komandalara dəvət alıblar.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




Onlar müvafiq olaraq müvafiq olaraq Dominikan Respublikası və
Benin millisinə çağırılıblar.

Qeyd edək ki, beynəlxalq yoldaşlıq görüşləri çərçivəsində
Dominikan Respublikası Martinika və Sent-Vinsent və Qrenadin ilə,
Benin isə Burkina Faso ilə qarşılaşacaq.