Belçikada “Dul” Atom Elektrik Stansiyası (AES) üzərində üç naməlum pilotsuz uçuş aparatı müşahidə edilib.
“Report”xəbər verir ki, bu barədə yerli enerji şirkətinin – “Engie”nin nümayəndəsinə istinadən “Belga” agentliyi məlumat yayıb.
“Saat 22:00 radələrində (Bakı vaxtı ilə 01:00) Dul” AES-də üç pilotsuz uçuş aparatı müşahidə olunub”, – deyə agentlik qeyd edib.
“Bu hadisə stansiyanın fəaliyyətinə heç bir təsir göstərməyib. Müvafiq xidmətlər vəziyyəti nəzarətdə saxlayır”, – deyə enerji şirkətinin nümayəndəsi bildirib.
Bazar günü axşam isə Liej Hava Limanında da üç PUA səbəbindən uçuşlar yarım saatlıq dayandırılıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

