Yaponiyada 6,7 bal gücündə zəlzələ qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın şimal-şərqində 6,7 bal gücündə zəlzələ baş
verib.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi
xəbər verib.




Məlumata əsasənb, zəlzələnin ocağı İvate prefekturasının
şərqində, 10 km dərinlikdə yerləşib. Zəlzələdən sonrakı ilk
dəqiqələrdə Yaponiyanın şimal-şərq sahillərində sunami xəbərdarlığı
verilsə də, sonradan xəbərdarlıq ləğv edilib.

Zəlzələdən sonra ölkənin atom elektrik stansiyalarında hər hansı
bir fövqəladə vəziyyət barədə məlumat verilməyib.