Ceyhun Bayramov Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 9 Noyabr – Dövlət
Bayrağı Günü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, bu barədə nazir “X”
sosial şəbəkə hesabında qeyd edib.

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə
xalqımızı ürəkdən təbrik edirəm. Müstəqilliyimizin və
suverenliyimizin təcəssümü olan şanlı üçrəngli bayrağımız bu gün
bütün suveren Azərbaycan ərazilərində dalğalanır. Milli qürur
mənbəyimiz olan bayrağımız uğrunda canlarından keçən bütün
şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirəm”, – deyə
paylaşımda bildirilib.