ABŞ Boliviyaya səfir göndərəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ hakimiyyəti Boliviya ilə 2008-ci ildən kəsilmiş diplomatik
münasibətləri səfir səviyyəsində bərpa etməyi planlaşdırır.

Trend-in ABI
agentliyinə istinadən verdiyi məlumata görə, bunu Cənubi Amerika
ölkəsinin yeni Prezidenti Rodriqo Pasın andiçmə mərasimində iştirak
üçün La Pasa səfər edən ABŞ dövlət katibinin müavini Kristofer
Landau bildirib.




“Biz münasibətləri həmişə vacib olan səfir səviyyəsinə
qaytaracağıq. Bu, çox mühüm addımdır və ümid edirəm ki, yaxın
vaxtlarda səfirlər təyin edə biləcəyik”, – deyə Landau qeyd
edib.

Xatırladaq ki, 2008-ci ildə Boliviyanın o vaxtkı prezidenti Evo
Morales ABŞ-nin səfiri Filip Qoldberqi “persona non qrata” elan
etmiş, onu müxalifəti maliyyələşdirməkdə və iğtişaşları
dəstəkləməkdə ittiham etmişdi. Ardınca ABŞ-ın o zamankı prezidenti
Corc Buş administrasiyası Boliviya səfirini Vaşinqtondan çıxarmış
və ölkəni narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə beynəlxalq
öhdəliklərə əməl etməməkdə ittiham etmişdi.