Mayk Tayson Ceyk Pola qarşı revanşa hazır olduğunu bildirib

Baş səhifə

Bakı. Trend:

Əfsanəvi boksçu Mayk Tayson ötən il məğlub olduğu Ceyk Pola
qarşı revanş döyüşü keçirməyə hazır olduğunu açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə Tayson özü açıqlama verib.




“Son döyüşümdən sonra çox şey öyrəndim. Həddindən artıq çox
çalışmışdım, məşqlərdə özümü çox yormuşdum. Çox gərgin idim, hər
şeydə ifrata varmışdım. İndi isə başa düşürəm ki, daha sakit və
rahat olmalıyam”, – deyə Tayson bildirib.

O əlavə edib: “Düşünürəm ki, çox intensiv məşq etmişdim və döyüş
gücümün böyük hissəsini zalda qoymuşdum. Ümid edirəm ki, revanşı
reallaşdıra bilərik. O, son döyüşdə yaxşı çıxış etdi, amma mən bir
daha sınamaq istəyirəm”.