Bakı. Trend:
ABŞ-nin Florida ştatının Tampa şəhərində baş verən yol qəzası
nəticəsində azı dörd nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Trend xəbər verir
ki, bu barədə “ABC News” telekanalı yerli polisə istinadən məlumat
yayıb.
Bildirilib ki, sürücü idarəetməni itirərək avtomobili binaya
çırpıb.
Polisin məlumatına görə, xəsarət alanlardan üçü hadisə yerində,
biri isə xəstəxanada həyatını itirib. Yaralılardan birinin
vəziyyəti kritik, digər səkkiz nəfərin vəziyyəti isə stabil
qiymətləndirilir. Yüngül xəsarət alan iki nəfərə hadisə yerində
tibbi yardım göstərilib.
22 yaşlı sürücü Saylas Sempson qəza yerində saxlanılıb. Onun
küçə yarışlarında iştirak etdiyi ehtimal olunur.

