ABŞ-də təxirə salınan və gecikən reyslərin sayı 5 mini ötür

Baş səhifə

Bakı. Trend:

ABŞ-də şatdaunla (federal hökumətin maliyyələşməsinin
dayandırılması) əlaqədar təxirə salınan və ya gecikən hava
reyslərinin sayı 5 mini ötüb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Kütləvi təxirə salmalar hava hərəkətini azaltmaq barədə
aviaşirkətlərə məcburi göstərişlərin qüvvəyə mindiyi ilk gündə
qeydə alınıb. Yeni qaydalar ölkənin ən böyük 40 hava limanında
qüvvəyə minib. Məqsəd tarixi maliyyə böhranı dövründə əməkhaqqı
almadan işləməyə məcbur olan dispetçerlər və digər federal
işçilərin normadan artıq işləməsinin qarşısını almaqdır.




Əsas ştatlı işçilərin çoxu hökumət bağlandığı andan etibarən
xəstələnərək işə gəlmədiklərini bildirir və ya gündəlik xərclərini
qarşılamaq üçün əlavə işlərə üz tutur.

Kadr çatışmazlığını idarə etmək üçün Federal Aviasiya
Administrasiyası (FAA) təcili qaydada göstəriş verərək reyslərin 4%
azaldılmasını əmr edib – bu göstəricinin gələn həftənin sonuna
qədər 10%-ə çatacağı gözlənilir.