ETSN tərəfindən Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ekologiya
və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər təşkil
olunub.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin rəsmilərinin və əməkdaşlarının
iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib,
yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları
əkilib.




Daha sonra Nazirlikdə Vətən müharibəsi iştirakçılarının və şəhid
ailələrinin üzvlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş
tədbir keçirilib. Tədbir iştirakçıları ölkəmizin müstəqilliyi,
ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan
Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib,
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın
rəhbərliyi ilə qazanılan Zəfər tarixi hadisə olmaqla yanaşı,
Azərbaycan xalqı üçün daim qürur mənbəyidir. Bildirilib ki, bu
möhtəşəm qələbə ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi
sayəsində əldə olunub.