Azərbaycan Basketbol Liqasının VI turunda daha bir matç keçirilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasının VI turunda daha bir matç keçirilib

Azərbaycan Basketbol Liqasının VI turunda daha bir matç keçirilib.

“Report” xəbər verir ki, B qrupunda “Quba” evdə “Sərhədçi” ilə qarşılaşıb.

Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların 86:82 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün B qrupunda daha bir görüş baş tutacaq. “Naxçıvan” “Ordu” ilə üz-üzə gələcək. Bu matç Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, turun ötən gün keçirilən matçında “Sumqayıt” “Lənkəran”ı 98:94 hesabı ilə məğlub edib.