Bakı. Trend:
Almaniyada məhkəmə tanınmış rep ifaçısı, əslən çexiyalı Katya
Krasavitseyə spirtli içki qəbul etdikdən sonra avtomobil idarə
etdiyi üçün yüksək məbləğdə cərimə tətbiq edib.
Trend xəbər verir
ki, hadisə Leypsiq şəhərində baş verib. İfaçı bayram gecəsi saat
03:20 radələrində “BMW 740d” markalı avtomobili yüksək sürətlə
idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Aparılan yoxlama
nəticəsində onun qanında 1,28 promil spirt miqdarı aşkar
olunub.
Məhkəmə qərarına əsasən, cərimənin məbləği müəyyən edilərkən
Katya Krasavitseyin onlayn gəlirləri də nəzərə alınıb. Cəzanın
ümumi məbləği 100 min avronu ötüb və vəsait Saksoniya əyalətinin
büdcəsinə yönəldiləcək.
Reper əlavə olaraq 10 ay müddətinə sürücülük hüququndan məhrum
edilib.

