Azərbaycan cüdoçuları Parisdə keçiriləcək kata üzrə dünya çempionatında iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Noyabrın 8–9-da Fransanın paytaxtı Parisdə kata üzrə keçiriləcək
dünya çempionatında iştirak edəcək Azərbaycan yığma komandasının
heyəti müəyyənləşib.

Trend xəbər verir
ki, milli komanda turnirdə 4 cüdoçu ilə təmsil olunacaq. İdmançılar
“nage-no-kata” və “katame-no-kata” proqramlarında çıxış
edəcəklər.

Nage-no-kata:
İsmayıl Rzayev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)




Katame-no-kata:
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke

Qeyd edək ki, dünya çempionatında ümumilikdə 37 ölkədən 466
cüdoçu mübarizə aparacaq.