Sudanda humanitar atəşkəs üçün razılıq əldə edildi

Baş səhifə

Sudanın hərbiləşdirilmiş qüvvələri olan “Çevik Dəstək Qüvvələri” ABŞ, BƏƏ, Səudiyyə Ərəbistanı və Misir tərəfindən təklif edilən humanitar atəşkəsdə iştirak etməyə razılıq verib.

Metbuat.az xəbər verir ki, bu barədə “Çevik Dəstək Qüvvələri”ndən açıqlama verib. Açıqlamada atəşkəsin davam edən vətəndaş müharibəsinin fəlakətli humanitar nəticələrini aradan qaldırmaq və mülki şəxslərin müdafiəsini gücləndirmək üçün təklif olunduğu bildirilib.

Qeyd edək ki, 2023-cü ildən bəri “Çevik Dəstək Qüvvələri” və ordu Darfuru Xartumla birləşdirən və hava limanına ev sahibliyi edən strateji logistika mərkəzi Əl-Obeid şəhəri uğrunda döyüşür.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.