Prezident İlham Əliyev əsl liderlik nümunəsi göstərib – Stiv Uitkoff

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev əsl dövlət liderliyi və müdrik qərarvermə
nümunəsi nümayiş etdirib.

Trend-in
məlumatına görə, bu fikri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv
Uitkoff Mayamidə keçirilən biznes forumunda çıxışı zamanı
səsləndirib.

“Prezident İlham Əliyevin daha güclü ordusu var. O, fürsətdən
istifadə edərək öz torpağını geri aldı”, – deyə Uitkoff
bildirib.

O həmçinin qeyd edib ki, avqustun 8-də Oval Ofisdə keçirilən
görüş zamanı ABŞ Prezidenti Donald Tramp Azərbaycan liderindən
soruşub: “Niyə dayandınız? Sizin qələbəniz var idi, böyük ordunuz
var idi.”

Prezident İlham Əliyev isə cavabında bildirib: “Mən bizdən
alınanları geri qaytarmaq istəyirdim. Mənə daha çoxu lazım
deyil.”

Stiv Uitkoff bu mövqeni “möhtəşəm qərar” adlandıraraq, Prezident
İlham Əliyevin müdrik və məsuliyyətli dövlət başçısı kimi
davranışını yüksək qiymətləndirib.