Ardanın yerinə dünya ulduzu gəlir

Baş səhifə

“Real Madrid” “Arsenal”ın futbolçusu Deklan Raysı transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, futbolçu “Arsenal”la yeni müqavilə imzalamayıb. İngiltərə nəhəngi də futbolçunun getməsinə razılıq verib. “Arsenal”ın Rays üçün 150 milyon avro tələb etdiyi iddia edilib. “Fichajes”də dərc edilən xəbərə görə, “Real Madrid” rəhbərliyi Raysla müqavilə imzalamağı heyətini gücləndirmək üçün əsas hədəflərindən biri kimi müəyyən edib. Bu transfer reallaşarsa Arda Güler və ya yarımüdafiədə yer alan hansısa futbolçu heyətdən kənarda qala bilər.

Qeyd edək ki, Deklan Rays 2023-cü ildə “Vest Hem Yunayted”dən “Arsenal”a 116 milyon avroya transfer olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.