Millimizdən İslamiadada növbəti qələbə

Baş səhifə

Bakı. Trend:

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə
Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi
Oyunlarında ikinci oyununa çıxıb.

Trend xəbər
verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda Tacikistanla
üz-üzə gəlib. Görüş millimizin qələbəsi ilə başa çatıb – 3:0 (25:5,
25:11, 25:9)




Yığma daha əvvəl İranı məğlub edib -3:0 (25:11, 25:16,
26:24).

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi
ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa
çatacaq.