AFFA “Neftçi”ni cərimələyib

Baş səhifə

Bakı. Trend:

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Trend PFL-ə istinadən xəbər
verir ki, İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul
edilib:

Misli Premyer Liqası X tur

01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun
“Neftçi” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı
vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin
(maddə 43.1);




01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun
“Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində meydançaya kənar şəxs
daxil olduğuna görə “Neftçi” komandası 2500 manat cərimə edilsin
(maddə 86.3);

02.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun
“Turan Tovuz” – “Şamaxı” oyununda “Turan Tovuz” komandasında 4
nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat
cərimə edilsin (maddə 43.1);

02.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun
“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Sumqayıt” komandasında 4
nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə
edilsin (maddə 43.1);