Bakı. Trend:
Şanlı Azərbaycan ordusunun qəhrəman əsgərləri Qarabağı işğaldan
azad etmək üçün möhtəşəm bir mübarizə aparıblar.
Trend-in
məlumatına görə, bu barədəTürkiyə milli müdafiə naziri Yaşar Güler
Azərbaycanın 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Bayraq Günü
münasibətilə keçirilən qəbulda çıxış edərkən deyib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq,
dərin köklü və ortaq keçmişin mirası ilə bu günümüzü mənalı edir və
gələcək üçün birliyimizi təsdiqləyir. Y. Gülür əlavə edib ki,
Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü isə
Türkiyənin gücüdür.
“Türkiyə həmişə olduğu kimi, bu gün də, sabah da haqlı
mübarizəsində, təhlükəsizliyində və rifahında Azərbaycanın yanında
olmağa davam edəcək”, – deyə nazir qeyd edib.

