ABŞ-nin neft ehtiyatları bir həftə ərzində 5,2 milyon barel artıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-də kommersiya xam neft ehtiyatları bir həftə ərzində 5,2
milyon barel artaraq 31 oktyabr 2025-ci il tarixinə 421,2 milyon
barel təşkil edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyi
xəbər verib.




Nazirlik bildirib ki, cari neft ehriyatlarının həcmi ilin bu
dövrü üçün beş illik orta səviyyədən 4 faiz aşağıdır.

Qeyd edək ki, Londonun “ICE” birjasında 2026-cı ilin yanvar ayı
üçün “Brent” markalı neftin fyuçerslərinin qiyməti 0,61 faiz
azalaraq bir barel üçün 64,05 dollara, dekabr ayı üçün “WTI” xam
neftin fyuçerslərinin qiyməti isə 0,84 faiz azalaraq bir barel üçün
60,05 dollara düşüb.