Bakıda NATO kursu keçirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı
çərçivəsində “Quru qoşunları qərargahı, hissə və bölmələrinin
döyüşə hazır olmasının qiymətləndirilməsi (CREVAL)” kursu
keçirilir.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə,Milli Müdafiə Universitetinin Hərb Oyunları
Mərkəzində keçirilən tədbirdə NATO və tərəfdaş ölkələrin bu sahə
üzrə hərbi qulluqçuları iştirak edirlər.

Kursun məqsədi, Alyansın Ortaq Qüvvələr Birliyinə bəyan edilən
hissə və bölmələrinin qiymətləndirilməsi üçün hərbi qulluqçuları
sertifikatlaşdırmaqdır.

Qeyd edək ki, tədbirdə NATO-ya üzv və tərəfdaş ölkələrdən
ümumilikdə 39-dək nümayəndə iştirak edir.